Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

İradə Nurəddinqızı: "Güllər üstə uçan-qaçan, bir qayğısız kəpənəkdir..."

Neçə ay idi ki bir "Altın Kelebek" sevdası dolaşırdı gündəmdə. Röya Ayxan, Nigar Camal və Miri Yusif arasında aparılan səsvermə nəticəsində üçündən biri sözügedən mükafatı alacaqdı. Xanım rəqiblər arasında bu istiqamətdə əməlli başlı rəqabət də gedirdi. Vədə yetişdi və məlum oldu ki, Nigar Camal sorağını gül-çiçəkdən alana qədər kəpənək Röyaya sarı uçub. Çox gözəl, xoş xəbər oldu. Bizim ifaçımız qardaş ölkədə mükafata layiq görüldü. Amma...

"Ağac bar verdikcə başını aşağı əyər" - deyiblər. Önəmli olan səhnədə baş əymək deyil, içindəki eqonu, mən sizdən üstünəm hissini əydirməkdir. İnsanlar bəzən eqoist olduqlarının fərqində belə olmurlar. Hətta özlərinə haqq qazandırararaq eqonu "özünə hörmət və sevgi" ilə əlaqələndirirlər. Amma özünə hörmət edən kəs insanların bərabər olduğunu da bilir. Eqo özünə hörmət yox, başqalarından üstün görmə hissidir. Diqqət edin iki həmyerlimiz, iki sənət nümayəndəmiz başqa bir ölkədə təmsilçilik edir, amma bir-birləri ilə danışmır, salamlaşmır. Hətta tədbir zamanı bunu açıq-aydın hiss etdirirlər. Təmsilçilərdən biri mükafatlandırılır, digəri buna nəinki sevinmir, hətta təbrik də etmir. İki ayrı-ayrı dövlətin idmançısı yarışanda belə məğlub olan tərəf üzülsə də, qalib tərəfi təbrik edir. Evrovision - 2010 musiqi yarışmasının qalibi olsa da, daha çox uşaq bezi reklamları ilə yadda qalan Nigar Camal nə olursa olsun başqa bir ölkədə öz həmyerlisinə bu soyuqluğu göstərməməliydi. Sonradan sosial şəbəkələrin vasitəsilə "çox sevindim, təbrik edirəm" kimi qeyri-səmimi təbrikləri də yazmasaydı daha yaxşı olardı zənnimcə. Mükafat alan təmsilçimiz Röya Ayxana gəlincə isə, sanki, qürürlanmaq və "baxın! mənimlə fəxr edin!" hissi sevinmək hissindən üstün idi. Düşünürəm, biz bir xalq olaraq uçub - qaçan kəpənəklərlə yox, öz qanı ilə torpağı yuyan şəhidlərimizlə fəxr edirik, qürur duyuruq. Təbii xoş bir xəbər oldu, Azərbaycan sənətçisi daha bir mükafat aldı. Və KİV -də kifayət qədər bu xəbər tirajlandı. Sosial mediada hadisəyə sevinən insanlar ürək sözlərini yazdılar. Amma əlində bir kəpənək tutmaqla başqa həmkarlarını özündən aşağı görüb, atmacalar atıb, acıq verməklə və ən əsası SMS -lə qalib olunmur. Napoleonun təbiirincə: "Hər qələbəni qələbə, hər məğlubiyyəti də məğlubiyyət saymaq olmaz." Başaqalarına qalib gəlmək güc və qüvvət göstəricisi olsa da öz eqona qalib gəlmək daha əzəmətlidir. Fransız tarixçisi Şarl Pino Düklo zəfərlə bağlı fikirlərində deyir: "Zəfərə əlavə ediləcək yeganə bəzək - təvazökarlıqdır". Odur ki, Ən böyük qələbənizi özünüzə qalib gəlməyiniz hesab edin və bir azca təvazökar olun!

P.S Dəhşət ondadır ki, Türkiyə mətbuatı mükafatlandırma mərasimi ilə bağlı xəbərlərinə artıq çoxdan son verib. Amma bizimkilər hələ də didişir...






15 Dekabr, 2017  10:17 Baxılıb: 2584 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner