Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacı Şahin: "Din birmənalı şəkildə intiharı qadağan edir"

Ağdaşda baş verən 12 yaşlı İsmayıl Adıgözəlovun intihar etməsinin səbəbini rayonda olan dini icmaya Quran dərslərinə getməsində görənlər də var. Buna əsas olaraq isə intihardan əvvəl yazılan məktubda "siz bunu oxuyanda mən sevimli peyğəmbərimizin yanında olacam" cümləsi olub. Məsələ ilə bağlı Mənəvi dünya ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənlinin fikirlərini öyrəndik. Onun sözlərinə görə uşaqların dini icmalarda Quran dərslərinə getməsi, yaxud da dini elmləri öyrənməsi qanunlarla tənzimlənib. Bunlar da valideynlərin razılığı ilə həyata keçirilir. "Valideynlərə isə tövsiyyə olunur ki, övladlarını yazdırdıqları dini icmalar haqqında məlumatıları olsun ki, hansısa yad və radikal cərəyanların təsirinə düşməsinlər. Hadisəyə gəlincə isə, Ağdaşda fəaliyyət göstərən dini icma qeydiyyatdan keçmiş bir icmadır. Uşaq orada Quran dərslərinə getsə də fəal iştirak etməyib. İcmanın rəhbəri və uşağın atası da qeyd edir ki, uşaq bir neçə ay ora gedib."

Müsahibimiz söhbət zamanı ümumiyyətlə dinin intiharı qadağan etdiyini bildirdi."Din birmənalı şəkildə intiharı qadağan edir. Qurani - Kərimdə açıq şəkildə "özünüzü öldürməyin" deyilir. Hansısa uşaq dini elmləri öyrənirsə, o intihardan çəkinər. Bunun səbəbini dində axtarmaq doğru deyil. Burada sosial, daha çox isə psixoloji səbəbləri ola bilər. Mənim özümə bir neçə intihar etmək istəyən şəxs müraciət edib, biz onu fikrindən daşındırmışıq. Bu cür insanlar əsasən psixoloqlara və ilahiyyatçılara müraciət edirlər. Din intiharı haram buyurduğu halda bu kimi halları dinlə əlaqələndirmək tamamilə yanlışdır. İntiharın müxtəlif səbəbləri ola bilər və bu səbəblər araşdırılmalıdır. Mən bu barədə bir neçə psixoloqla da danışmışam, onlar da bildirirlər ki burada irsi amil də rol oynaya bilər. Konkret olaraq uşaq hansısa dini icmanın təsiri altında bu addımı atmayıb. İstənilən neqativ halı dinlə əlaqələndirmək yanlışdır. Dini bilgilər insanları intihara aparmır, əksinə insanı yaşamağa sövq edir."

Cəmilə Məmmədova






7 Dekabr, 2017  22:28 Baxılıb: 1627 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner