Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda pnevmaniya xəstəliyi yayılıb

Azərbaycanda pnevmaniya (sətəlcəm) xəstəliyi çox geniş yayılıb. Bunun səbəbi kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir.Bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, regionlarda bu xəstəliyin yayılmasına daha çox rast gəlinir. N.Fərəcova əlavə edib ki, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil.

O, Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlindiyini söyləyib. N.Fərəcova deyib ki, ümumilikdə kəskin pnevmoniya ilə xəstələnmə və ondan ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Kəskin pnevmoniya ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur: “Kəskin pnevmoniya uşaqlarda, ahıl insanlarda daha ağır formada keçir. Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölüm səbəblərinə kəskin pnevmoniya ürək-damar, onkoloji xəstəliklərdə, zədələrdən sonra 4-cü yerdə dayanır. Mikoplazma pnevmoniya və xlamidiya pnevmoniya daha çox cavanlar arasında rast gəlinir.

Ocaqlı pnevmoniya 1-2 seqment daxilində lokal bronxit yaradan kəskin respirator virus infeksiyaları fonunda yaranır. Çox iri olmayan pnevmonik və ya peribronxial infeksiya ocağının yaranması ilə müşahidə olunur. Ocaqlı pnevmoniya zamanı hərarət nadir hallarda 38 dərəcəyə qalxır. Bu xəstəlik zamanı selikli bəlğəmlə quru öskürək müşahidə olunur. rentgen müayinədə isə ağciyərlərin ocaqlı sıxlaşması sindromu qeyd olunur. Pnevmoniyanın 4 ağırlıq- yüngül, orta-ağır, ağır, çox ağır dərəcələri mövcuddur”. (trend)

N.Fərəcova qeyd edib ki, ahıl yaşlı xəstələrdə ağciyərdən kənar əlamətlər üstünlük təşkil edir. Bu səbəbdən də belə xəstələrdə pnevmoniya diaqnozunun qoyulması yubanır və nəticədə müalicə aparılması gecikir.






13 Noyabr, 2017  12:17 Baxılıb: 1431 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner