Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qazaxıstanda fəaliyyət göstərən müğənni “Sənin haqqınmı var”?

Azərbaycan mədəniyyəti, musiqisi bütün ölkə xalqlarının daim sevgisini qazanıb. Bu hal son illərdə daha da vüsət alıb və istər ölkəmiz, istərsə musiqimiz dinindən, dilindən, vətəndaşlığından asılı olmayaraq hər kəsin sevgisini qazanır. Deyim var – musiqi sərhəd tanımır, Azərbaycan musiqisi həqiqətən də sərhəd tanımayan dünyəviliyə malikdir. Məhz bunun göstəricisidir ki, digər ölkə ifaçıları Azərbaycan musiqisini zövqlə ifa edir, bu ölkənin səhnələrində çıxış etməyə can atırlar. Qazaxıstanda yaşayan və müğənniliyə orada başlayan həmyerlimiz, Azərbaycan mədəniyyətinə, musiqisinə  sonsuz sevgi bəsləyən Naili İmran kimi. Azərbaycan səhnəsində çıxış etmək, burada sevilmək onun arzusudur.

Azərbaycanı hədsiz sevən Naili İmran yaradıcılığa 11 yaşında başlayıb: “Atam musiqiçidir və elə uşaq yaşlarından artıq səhnəni mənə sevdirib. Ona baxdıqca həvəsə gəldim.  doğulandan musiqi duyumum olub. Yəqin bu da atamdan keçib. Həmişə güzgüyə baxanda əlimdə daraq özümü səhnədə hiss edirdim”. Müğənni bildirib ki, onun atasının repertuarında hər zaman Azərbaycan musiqiləri yer alıb: “Biz Qazaxıstanda yaşasaq da, atam həmişə Azərbaycan mahnılarını ifa edib. Ən çox Azərbaycan musiqiləri dinlədib bizə, evdə Azərbaycan dilində danışmışıq. Əslimiz Gürcüstanlıdır. Orda yaşasaq da köklərimizi və mədəniyyətimizi unutmamışıq”.

Muğamımızı da çox sevdiyini deyən Naili İmran, atası kimi, özünün də muğam ifaçılığına xüsusi marağının olduğunu dilə gətirib: “Atam özü də muğam oxuyur. Uşaq vaxtı düşünürdüm ki, o boğazları necə edir, bu mənə maraqlı idi. Yanında oturub dinləmək  başqadır, təhsil isə tamamilə başqadır. Muğamı hər adam oxuya bilmir. Estrada hamı oxuyar, muğam çətindir, mütləq təhsil olmalıdır”.

Qazaxıstanda yetərincə tanınan Naili İmran, indi Azərbaycanda da sevilmək istəyindədir: “Azərbaycanı çox sevirəm və burada yaşamaq, fəaliyyət göstərmək arzumdur. Burda özümü doğma hiss edirəm. Azərbaycanda məşhur olmaq və dünyaya çıxmaq, dünyada tanınmaq daha asandır. İfa olunan mahnılarım Qazaxıstandan başqa heç yerdə dinlənilmir, daha geniş auditoriyanı cəlb eləmək imkanı azdır.  Amma Azərbaycanda nəsə oxuyanda bir çox yerlərdə dinlənilir, bir çox ölkələrdə məşhur olur, auditoriyası genişdir. Ona görə də istəyirəm fəaliyyətimi burda davam etdirim ki, oxuduğum mahnıları dinləsinlər. Burda da məni tanısınlar”.

Yeni mahnı ilə dinləyicilərin görüşünə gələn Naili İmran, sözləri və musiqisi Aydın Saniyə, aranjemanı Rövşən Muhammada məxsus olan “Sənin haqqınmı var” adlanır. İfaçı bildirir ki, bu mahnını ifa etmək onun içindən gəlib: “Qadın zərif məxluqdur, onu incitmək, təhqir eləmək düzgün deyil. Qadının qəlbini incitməkdənsə, onu hər zaman sevindirməyə çalışmalıdır bütün kişilər. Bu mahnını da məhz buna görə ifa etdim. Qadınların qəlbi incədir, qürurları qırılır. Sən sevgini verirsən qarşındakı isə sənin ürəyinlə, incə hisslərinlə oynayır. Belə hallar indi çox olur…”

Onu da bildirmək yerinə düşər ki, xalq mahnılarına, muğama çox böyük həvəsi olan Naili İmran, Azərbaycanda xalq artisti Gülyanaq Məmmədovadan dərs alıb: “O xanıma çox dəyər verirəm, həm xanımlığına, həm sənətinə. Gülyanaq xanım məni Bakıya dəvət elədi və dedi ki, “bu cür məlahətli səsin var, gəl burda oxu, davam elə”. Və mənə məsləhət verdi ki, özünün dəyərini bil”.






7 Noyabr, 2017  22:37 Baxılıb: 1973 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner