Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Milli məclis büdcə müzakirələrinə başlayıb

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında dövlət və icmal büdcəsinin müzakirəsinə başlanılıb.

“Report”un verdiyi xəbərə görə, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur.

2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmalar, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transfert, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür.

Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla 7,907 mlrd. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262 mln. manat və ya 3,4%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 mln. manat və ya 12,7% çoxdur.

Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur.

2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1% təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 mlrd. manat və ya 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154 mlrd. manat və ya 17,8% artıqdır.

Beləliklə, 2018-ci ildə büdcənin kəsiri 778,7 mln. manat olacaq.

Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 mln. manat məbləğində proqnozlaşdırılır. İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 mln. manat və yaxud 1,1% çoxdur. Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir. Bu isə 2017-ci ilin proqnozuna nisbətən 3 895,4 mln. manat və yaxud 12,7% azdır.





Aliexpress INT
7 Noyabr, 2017  11:09 Baxılıb: 334 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


17 Noyabr, 2017  09:15

17 Noyabr, 2017  09:10



15 Noyabr, 2017  10:42

15 Noyabr, 2017  10:40





13 Noyabr, 2017  12:26



8 Noyabr, 2017  10:42








2 Noyabr, 2017  12:14

2 Noyabr, 2017  12:08




26 Oktyabr, 2017  09:39

26 Oktyabr, 2017  09:36


25 Oktyabr, 2017  12:55





25 Oktyabr, 2017  10:04



25 Oktyabr, 2017  09:35


25 Oktyabr, 2017  09:09




24 Oktyabr, 2017  11:26



24 Oktyabr, 2017  09:32

21 Oktyabr, 2017  10:49