Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ekologiya nazirliyindən ağac köçürmə əməliyyatı

Xəstəxana ərazisindəki tikinti nazirliyi hərəkə gətirdi

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Mərkəzi Klinik Xəstəxananın ərazisindəki 14 ədəd ağacı başqa yerə köçürüb. Simsar.az-ın məlumatına görə, bu barədə cümə günü nazirliyin mətbuat xidmətindən bildirilib.

ETSN-in tabeliyində olan "Azəryaşlandşaft" ASC-nin mütəxəssisləri tərəfindən xəstəxananın ərazisinə baxış keçirilib və tikinti altına düşən ağaclar xüsusi texnikanın köməyi ilə qanunvericiliyə uyğun qaydada başqa əraziyə köçürülüb.

Ağaclar həmin ərazidə aparılan əsaslı təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar köçürülüb.

"Təəssüf ki, bir sıra hallarda müəssisə və təşkilatlar ərazilərində tikinti işləri aparılan zaman tikinti altına düşən ağacların başqa əraziyə köçürülməsi mümkün olduğu halda, vəziyyətdən çıxış yolunu ağacları kəsməkdə görürlər. Bəzən belə hallarda həmin əraziyə cavabdeh olan şəxsləri məsuliyyətdən bir növ kənarda qoymağa çalışılır, ekoloqları qınamaq üstün tutulur", - nazirliyin məlumatında bildirilir.

ETSN xəbərdarlıq edir ki, idarə, təşkilat və müəssisələrə aid ərazilərdə tikinti-yenidənqurma işləri aparılan zaman tikinti sahəsinə düşən ağacların mühafizəsi həmin əraziyə cavabdeh olan hüquqi və fiziki şəxslərə məxsusdur. "Mövcud qanunvericiliyə uyğun olaraq idarə və təşkilatlara məxsus ərazilərdən ağacların köçürülməsi, yalnız həmin qurumun ETSN-ə müvafiq rəsmi müraciəti əsasında, xüsusi razılıq olduğu zaman həyata keçirilir. Ərazidə ağaclar kəsilərsə, nazirlik tərəfindən qanunamüvafiq qaydada tədbirlər görülür", - ETSN-in məlumatında deyilir.






3 İyun, 2011  15:01 Baxılıb: 1328 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner