Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Sürücü sükan arxasında söhbətə görə məsuliyyətə cəlb edilə bilməz

Son günlər sürücülərin sükan arxasında olarkən sərnişinləri ilə danışmalarına görə məsuliyyətə cəlb olunmaları ilə bağlı sosial şəbəkələrdə əsassız müzakirələr aparılır, bəzi KİV-də isə həqiqətə uyğun olmayan, guya qanunvericilikdə bununla bağlı dəyişikliklər olması haqda yanlış informasiyalar yayılmaqla yol hərəkəti iştirakçıları arasında bilərəkdən çaşqınlıq yaradılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bununla əlaqədar Baş Dövlət Yol Polis İdarəsi bir daha hərəkət iştirakçılarının, xüsusilə sürücülərin diqqətinə çatdırır ki, sürücünün sükan arxasında, sərnişinlərin isə nəqliyyat vasitəsində gedərkən danışmasının qadağan olunması ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik olmayıb, bu hərəkətlərə görə indiyədək heç kim inzibati məsuliyyətə cəlb edilməyib və edilə də bilməz.

“Sürücülərin diqqətinə onu da çatdırırıq ki, təkcə bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən piyada vurma, toqquşma və maneəyə vurma kimi ağır yol qəzalarının əksəriyyəti məhz sürücülərin diqqətinin yayınması səbəbindən baş verib.

İnsanların ölümü və xəsarət almaları ilə nəticələnən qəzaların qarşısının alınması, habelə ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə hərəkət iştirakçılarının, xüsusilə sürücülərin nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə olunur”, - deyə məlumatda bildirilir.





Aliexpress INT
25 Oktyabr, 2017  11:50 Baxılıb: 472 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


17 Noyabr, 2017  09:15

17 Noyabr, 2017  09:10



15 Noyabr, 2017  10:42

15 Noyabr, 2017  10:40





13 Noyabr, 2017  12:26



8 Noyabr, 2017  10:42








2 Noyabr, 2017  12:14

2 Noyabr, 2017  12:08




26 Oktyabr, 2017  09:39

26 Oktyabr, 2017  09:36


25 Oktyabr, 2017  12:55





25 Oktyabr, 2017  10:04



25 Oktyabr, 2017  09:35


25 Oktyabr, 2017  09:09




24 Oktyabr, 2017  11:26



24 Oktyabr, 2017  09:32

21 Oktyabr, 2017  10:49