Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

DİQQƏT! Bu hallarda da Azərbaycandan çıxmaq qadağan edilə bilər

Azərbaycan vətəndaşının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycandan getməsi hüququnu müvəqqəti məhdudlaşdıran halların artırılması təklif olunur.

Bu məsələ Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulur.

Bununla bağlı Məcəllənin 9 və 17-ci maddələrinə əlavə olunmuş bəndlərə əsasən hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək həmin şəxslərin Azərbaycandan getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qanun layihəsinə dəyişikliklər uyğunlaşdırma məqsədilə təklif edilir. Belə ki, Cinayət Məcəlləsinə uyğun olaraq məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağı olan qadınlar, habelə 8 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 8 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

Dəyişikliklər bu halda da məhkum edilmiş həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbi və vətəndaşlığı olmayan şəxslərin cəzanın çəkilməmiş hissəsindən azad edilənədək və ya şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların Azərbaycandan getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur.(trend)





Aliexpress INT
25 Oktyabr, 2017  08:49 Baxılıb: 494 Çap

Bu bölmədə


XƏBƏR LENTİ












17 Aprel, 2018  10:49






13 Aprel, 2018  09:44

11 Aprel, 2018  21:41




10 Aprel, 2018  18:19


9 Aprel, 2018  11:21




6 Aprel, 2018  09:50








31 Mart, 2018  10:54









28 Mart, 2018  10:07

27 Mart, 2018  16:05