Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda builki qış turizmi ilə bağlı PROQNOZ

Bu ilin qış turizm mövsümü ərzində Azərbaycana ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrinin vətəndaşlarının turist kimi səfər edəcəyi gözlənilir. Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-in sualına cavab olaraq, deyib ki, istər yay, istərsə də qış turizmi mövsümündə Azərbaycanda hədəf ölkələr hədəf bazarları sayılırlar: "Bu ölkələr ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələridir. Son vaxtlar ərəb ölkələrindən Azərbaycana turist axını intensiv şəkildədir. Bu axınların mövsümü yoxdur. Onlar həm yayda, həm də qışda Azərbaycana gəlirlər”.

Nazir müavini qeyd edib ki, dünya praktikasında da yay turizm mövsümü qış turizm mövsümü ilə müqayisədə daha güclü olur: "Yayda istənilən ölkəyə, o cümlədən Azərbaycana da daha çox turist gəlir".

N.Səmədov qeyd edib ki, bu ilin iyun-avqust ayları ərzində rayonlara 860 mindən çox Azərbaycan vətəndaşı səfər dib: "Bu ilin 8 ayı ərzində isə bu rəqəm 1 milyon 200 min nəfər olub. Yəni, yay ayları üzrə olan göstərici 8 ayın göstəricilərinin 70 faizini təşkil edir".






21 Oktyabr, 2017  09:10 Baxılıb: 1214 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14




sagbanner