Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda atışma: Polis idarəsinin rəis müavini yaralanıb

 

Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib. Simsar.az Report-a istinadən xəbər verir ki, insident naməlum şəxslərlə polis əməkdaşları arasında qeydə alınıb.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu "Toyota Prado" markalı avtomobili izləyib.

Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O.Axundzadə yaralanıb.

Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.






15 Oktyabr, 2017  14:55 Baxılıb: 1511 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner