Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Namiq Qurbandan Eynulla Fətullayevə cavab

Dəyərli dost, "дикая стихия" adlandırdığınız Aşura məktəbi xalqımızın son 14 əsrdə milli kimliyinin təməlidir. Tərkib hissəsi yox, məhz TƏMƏLİ!!! Xalqımızın əsrlər boyu davam edən tarixi formalaşma prosesində bu məktəbin xidməti misilsizdir. Bu məktəbin himayəsində xalqımız saysız savaşların, istilaların, mədəni ekspansiyaların burulğanlarından assimilyasiya olmadan adlayıb bu günümüzə yetişib.Təfərrüata varmayacam.Bu gerçəyi görmək üçün nə bir kitabxana kitab oxumağa, nə də "sehrli xalat" geyinib tarixə ekskursiya etməyə gərək yoxdur.Bu millətin ana laylasından tutmuş yas ağısına kimi Hüseynidir. İçinizdəki təəssüb və qərəzi susdursanız, dərhal vicdanınız sizə əsl həqiqəti tanıdacaq.

Sizə yardımçı olum və xatırladım: "дикая стихия" dediyiniz, 90-cı illərdən etibarən imperializmin himayəsində ölkəmizin ideoloji fəzasına dürtülən, ağıl, məntiq və mərhəmət düşməni olan radikal cərəyanlardır. Yüzlərlə gənclərimizin beynini oğurlayan, zombiləşdirən, nəhayət, Yaxın Şərqdəki fitnə müharibələrində izsiz- soraqsız məhv edən vəhşi və yad ideologiya barədə heç bu qədər narahat oldunuzmu? Bu gün mətbuat səhifələrində İraq və Suriyada bihudə yerə tələf olan gənclərimizi, özünü partladan azərbaycanlı gəlinləri, yaralı və kimsəsiz qalmış körpələri,gözü yaşlı anaları, başına döyən ataları görəndə necə, Azərbaycanın "дикая стихия"sını tanıya bildinizmi?

Fikrinizin əvvəl hissəsi də xeyli gülüncdür. Çunki doğulan, sürətlə böyüyən, əzəməti bütün dünyanı fəth edəcək miqyaslı və yüz milyonlarla ardıcılı olan nəhəng bir məktəbi vur-tut bir neçə min adama xitab edəcək çəkili siyasətçi və jurnalistlə müqayisə etməyiniz absurd deyilmi?

Və nəhayət...

Qayğıkeş bir ziyalıtək Mikayıl Cabbarova "düşünmək" barədə mesaj göndərirsiz. Saysız-hesabsız məchullar içində çalxalanan təhsilimizə rəhbərlik etdiyi 4 il ərzində bir gün ağlaya bilməyən zavallı nazirimiz nə etməlidir ki?! Yəqin düşünürsünüz ki, güclü təhsil bu məktəbə aparan yolları bağlayacaq və beləcə, gənclərimiz bu məktəbdən uzaqlaşacaq. Eləmi? Yanılırsız! Çünki bu məktəb tarix boyu ən parlaq zəkaları, ən iti zehinləri cəlb edib və hazırda da cəlb etməkdədir. Bilməmiş deyilsiniz və mən isə təkrar etmədən keçməyəcəm. Son 10 əsrdə dünyanın tanıdığı neçə dahi həmvətənimiz varsa, hamısının qəlbində və təfəkküründə Aşura məktəbinin işığı var. Uzağa getməyək.Gəlin, günümüzə söykənən yaxın 20 illik keçmişimizə nəzər salaq. Gəncliyimizin, həmçinin bütün Azərbaycanın fəxri olan Mübariz İbrahimovu və Şahin Həsənlini yada salaq.Biri vətən uğrunda canını fəda edən Milli Qəhrəmanımız, digəri isə xalqımızın işıqlı gələcəyi naminə ömrünü şam kimi əridən ziyalımız.Bu simaları əbəs yerə xatırlatmadım.Hər ikisi gənc.Hər ikisi nümunə.Hər ikisi milyonların sevimlisi.Hər ikisi vətən və millət fədaisi. Hər ikisi işıq. Biri düşmən gözünü kor edən, digəri isə xalqımızın yoluna nur saçan. Hər ikisi də böyük əzəməti qarşısında bərk narahat olduğunuz və hətta təşviş keçirdiyiniz Aşura məktəbinin yetirmələri. İndi söz sizdə. Buyurun, Mikayıl Cabbarovla əl-ələ verib gəncliyimizi yönəltmək istədiyiniz alternativ məktəblərdən elə bir nümunə gətirin ki, mənim təqdim etdiyim nümunələr qədər vətənimizə, xalqımıza faydalı olsunlar.

Ədalət naminə etiraf edim ki, bu əzəmətli məktəbin təbliğ və tərənnümündə nöqsanlar da vardır. İnkar etmirik. Hansı haqqın kölgəsində batil məskun olmadı ki?.. Lakin…" Hündürboylu, bol və şirin bəhərli, geniş və sərin kölgəli bir ağacı, səfasına kor olub da gövdəsinin gündəyməz qırışındakı mamıra görə baltalamaq " nadanlıq nişanəsi deyilmi? Bilmədiyimiz,araşdırmadığımız mövzularda tənqid ritorikası çox cahilanə səslənir.Həm ziyalı olub da mənsub olduğun xalqın sevərək sarıldığı 14 əsrlik bir məktəb barədə araşdırma aparmamaq böyük nöqsandır, hətta bağışlanmaz xətadır. Bəlkə bilmədiyimiz və öyrənmək istəmədiyimiz mövzularda sükut edək? Axı sükut etmək özü də bir seçim, bir haqqdır. Həm də dayazlığı, çaşqınlığı örtmək üçün ən gözəl seçim.

P.S. Bütün qələm əhlinə də səslənirəm: hər şey barədə fikir bildirmək (hələ tənqid etməyi, ağıl öyrətməyi demirəm) kimi bir məsuliyyət və ya öhdəçiliyinizmi var? Ələlxüsus, heysiyyat üzərində kök salmış inanc kimi çox diqqət tələb edən məsələlərdə. Gəlin, diqqətli olaq.





Aliexpress INT
3 Oktyabr, 2017  13:56 Baxılıb: 2755 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
21 Oktyabr, 2017  10:49

21 Oktyabr, 2017  10:29


20 Oktyabr, 2017  21:39


20 Oktyabr, 2017  09:39

20 Oktyabr, 2017  09:35


20 Oktyabr, 2017  09:21

20 Oktyabr, 2017  08:18




19 Oktyabr, 2017  14:20


19 Oktyabr, 2017  13:06


19 Oktyabr, 2017  11:31


19 Oktyabr, 2017  10:09

19 Oktyabr, 2017  09:54

19 Oktyabr, 2017  09:51




18 Oktyabr, 2017  12:49





18 Oktyabr, 2017  10:03



17 Oktyabr, 2017  12:34





17 Oktyabr, 2017  10:09




16 Oktyabr, 2017  12:31


16 Oktyabr, 2017  09:02