Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitab işıq üzü görüb - (FOTO)

Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb.

Simsar.az - ın məlumatına görə, elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir. Görkəmli xalq sənətkarlarının və müasir rəssamların, modelyerlərin bu sahədəki fəaliyyət istiqamətləri üzərində durulur.

Kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Elmi Şurası tərəfindən təqdir olunub. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi isə sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Kübra Əliyevadır.

Qeyd edək ki, bu, G. Xəlilovanın sayca üçüncü kitabıdır. Daha əvvəl G. Xəlilovanın tanınmış alim, pedaqoq, akademik Vidadi Xəlilova həsr olunmuş “Ata Məhəbbəti, Ata İstəyiylə” adlı kitabı və Azərbaycan milli geyiminin Avropada təbliğatına dair kataloqu çap olunub.






25 İyul, 2017  18:31 Baxılıb: 2081 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner