Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu küçə yenidən qurulur

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. "Azəravtoyol" ASC-dən Simsar.az -a verilən məlumata görə, yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə sözügedən küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1.9 km-lik hissəsində aparılır.

Layihə çərçivəsində küçənin eni 4-5 metrdən yerlərdən asılı olaraq 9-12 metrə qədər genişləndirilib. Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb.

Hazırda yolun asfaltlanması işlərinə start verilib. Ümumilikdə yolun asfaltlanması üçün 20 min kv.m sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Etibar Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1.5 m enində piyada səkiləri inşa edilib. Piyada səkilərinin salınması üçün 5 min p/m səki daşından istifadə olunub.

Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyyat keçidlər salınıb, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulub həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılıb.

Qeyd edək ki, asfaltlanma işləri tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərci xətlərinin çəklişi işləri aparılacaq.






1 İyul, 2017  11:29 Baxılıb: 1269 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner