Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qarabag mövzusu Avropa ictimayyətinin gündəmində

 

“Qarabagı necə xatırlayırsınız?”  Bu suala istədiyimiz kimi cavab vermək üçün xeyrli fikirləşməli, düşüncələrimizi toplamalıyıq. Axı çoxumuz Qarabagı gördüklərimizlə yox, eşitdiklərimizlə xatırlayırıq.  “Yaddan Çıxmaz Qarabag” kitabı, valideynləri işgala məruz qalmış torpaqlarda yaşayan 22 nəfər uşaq və yeniyetmənin bu suala verdiyi cavabların toplusudur. Kitabın bir mövzusu, ancaq 22 fərqli qəhramanı var. Onalrın saf, təmiz hekayələri, dolayısı ilə bir millətin böyük faciəsindən xəbər verir.  İşgal olunmuş rayonlarımız haqda ümumi məlumatların da yer aldıgı kitab 4 dilə təcümə olunub. Simsar.az xəbər verir ki, türk, ingilis, aıman və rus dillərinə tərcümə olunan “Yaddan çixmaz Qarabag”  kitabının Almaniya ictimayyətinə ilk təqdimatı Berlin şəhərində baş tutdu. Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Ruhiyyə Aslanova,  Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəsətəyi ilə reallaşdırqları layihə haqda qonaqlara məlumat verdi. Layihə rəhbəri Qarabag mövzusunu çatdırmaq üçün belə bir kitaba ehtiyac duyuldugunu vurguladı. “Biz uşaqlaırn dili ilə onların öz vətənləri haqda eşitdikləri, hardansa öyrəndikləri  fikirlərini yazmışıq. Bu fikirlər, saf, təmiz, analşılan oldugu qədər də təsirlidir. Uşaqlar öz vətənlərini görmək istəyirlər. Görəcəklərinə də inanırlar.” Kitabın müəllifi Günay Malikqızı, müsahiblərinin kiçik yaşlarına baxmayaraq, cəsarətlə onun suallarına cavab verdiklərini xüsusilə vurguladı. “Onların heç vaxt görmədikləri kəndləri haqda kiçik detallarla danışmaları məni çox sevindirdi. Uşaqlar, el-obalarına sahib çıxacaqlarını gizlətmirdilər. Onalrın sonsuz inamı, məni də ruhlandırdı.” Azərbaycan Evində baş tutan təqdimat haqda alman diıində KİV-də məlumatlar  yayımlandı.  Almaniyann Hamburq şəhərində də “Yaddan çıxmaz Qarabag” kitabının təqdimatı oldu. Soydaşlarımız belə bir kitabın iık növbədə vətəndən kənarda böyüyən azərbaycan uşaqları üçün vacib bir vəsait oldugunu vurguladılar. Cünki, Azərbaycandan kənarda böyüyən bir nəslin öz yaşıdlarının dilindən Qarabagı öyrənmələri daha asan olar. Qeyd edək ki, kitabın Nyurenberq şəhərində də ictimayyətə təqdimatı olacaq.






30 İyun, 2017  11:20 Baxılıb: 1342 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner