Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Statistika dairəsi" ləğv edildi

Paytaxtın İnşaatçılar prospektindəki dairə ləğv edilib. Bu barədə Simsar.az -a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, Prezidentin sərəncamına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairə (Statistika dairəsi) artıq ləğv edilib. Bu səbəbdən də avtonəqliyyat vasitələrinin hərəkəti dairədən keçərək İnşaatçılar prospektindən Abbasqulu Ağa Bakıxanov küçəsinə doğru tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamət üzrə yönəldilib.

Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti İnşaatçılar prospektindən sağa Nərimanov prospektinə ordan isə yeni yaradılmış geri dönmə hissə ilə Abdulla Şaiq küçəsinə və yenidən İnşaatçılar prospektinə yönəldilib. Abbasqulu Ağa Bakıxanov və İzmir küçələrindən İnşaatçılar prospektinə daxil olan avtonəqliyyat vasitələri isə əvvəlki qaydada hərəkətlərinə davam edə bilərlər.

Qeyd edək ki, hazırda sözügedən ərazidə layihə üzrə nəzərdə tutulmuş tikinti işləri davam etdirilir.






29 İyun, 2017  10:14 Baxılıb: 1217 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner