Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əliağa Vahidə konsert həsr olunacaq: "Füzuli yadigarı"

Heydər Əliyev Sarayında  iyunun 28-də  şair Əliağa Vahidin xatirəsinə həsr olunan “Füzuli yadigarı” adlı ədəbi bədii gecə keçiriləcək.

Bu barədə Simsar.az -a sarayın mətbuat xidmətindən məlumat verilib. Gecədə xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artistlər Elnarə Abdullayeva, Teyyub Aslanov, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov və Vəfa Vəzirova iştirak edəcəklər.

Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.






1 İyun, 2017  11:55 Baxılıb: 2188 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner