Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mübarək Ramazan ayının əməlləri

Mübarək Ramazan ayı ruhun yenilənməsi üçün Allahın bəndələrinə verdiyi böyük nemətdir. Ramazan ayının gəlişi ilə bağlı əziz İslam peyğəmbəri (s) məşhur “Şəbaniyyə” xütbəsində buyurub:

“Ey insanlar! Şübhəsiz, Allahın ayı bərəkət, rəhmət və bağışlanma ilə bərabər sizə doğru gəlir. Bu ay Allah yanında ən əzəmətli ay, onun günləri ən yaxşı günlər, gecələri ən üstün gecələr, saatları isə ən dəyərli saatlardır. Bu ayda hamınız Allahın ziyafətinə dəvətlisiz, hamınıza Allahın kəraməti şamil olunacaq. Bu ayda nəfəsiniz zikr, yuxunuz ibadət, əməliniz qəbul və duanız eşidilmiş olacaq. Saf niyyətlə Allahdan diləyin ki, sizi oruc tutmağa və Quran oxumağa müvəffəq etsin. Bu əzəmətli ayda ilahi rəhmətdən məhrum olan ən bədbəxt kəsdir...”

Bu ayın yeganə vacib ibadəti oruc olsa da, bu mənəvi fürsətdən yararlanmaq və dünyada ikən behişti hiss etmək üçün müxtəlif ibadətlər tövsiyə olunur. Yaxşıdır ki, insan bu ayı Allahı istənilən zikrlə tez-tez zikr etmək, çoxlu salavat demək, daim bağışlanma diləmək və dua etməklə keçirsin. Təbii ki, Qurani-Kərimin nazil olduğu bu ayda mümkün qədər ilahi ayələri oxumaq, onların tərcümə və təfsiri ilə tanış olmaq, üzərində düşünmək gərəkdir. Habelə, hər gün moizə məclislərinə və camaat namazlarına qatılmaq üçün çalışmaq lazımdır.

Oruc tutanlar unutmamalıdır ki, bu ibadət yalnız ac qalmaq deyil. Oruc nəfslə mübarizə, özünü tərbiyə, imkansızların halını yaşama və başqalarına xidmət vasitəsilə Allaha bağlanmaq deməkdir. Ona görə də, ardıcıl sədəqə vermək, incidiklərimizi bağışlamaq, qohumları ziyarət etmək, iftar və imsaq süfrələri açıb qonaq çağırmaq, diqqətimizə ehtiyac duyanlara diqqətcil olmaq, insanlarla mehriban davranmaq bu ayda xüsusi əhəmiyyətə malikdir və orucun keyfiyyətinə təsir edir.

Bu ayda imkan daxilində üç dəfə “Cövşən-Kəbir”,  hər səhər “Əbu Həmzə Sumali”, hər axşam “İftitah” dualarını oxumaq, hər gecə iki rükətli (hər rükətdə Fatihədən sonra üç dəfə İxlas surəsini oxumaqla) namaz qılmaq, Qədr gecələrində əhya saxlamaq və vacib namazlardan sonra aşağıdakı duaları oxumaq tövsiyə olunur:

1. Ya Əliyyu, ya Əzimu, ya Ğəfuru, ya Rəhim, Əntər-rəbbul-əzim əlləzi leysə kəmislihi şəy və huvəs-səmiul-bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur, və huvə şəhrul-ləzi fərəztə siyaməhu əley və huvə şəhru Rəməzan, əlləzi ənzəltə fihil Qur’an hudənl lin-nasi və bəyyinatin minəl huda və furqan, və cəəltə fihi leylətəl qədr və cəəltəhə xəyrən min əlfi şəhr, fə ya zəl-məni və la yumənnu əleyk, munnə əleyyə bi fəkaki rəqəbəti minənnar və ədxilnil-cənnəh

(Ey Uca, ey Əzəmətli, Ey Bağışlayan, ey Mərhəmətli! Sən misli olmayan, eşidən və görən əzəmətli Rəbbsən. Və bu, həmin aydır ki, onu digər aylardan əzəmətli, kəramətli, şərafətli və fəzilətli etmisən.Və bu, həmin aydır ki, onda oruc tutmağı mənə vacib buyurmusan. Bu ay Ramazan ayıdır. O ay ki, haqqı nahaqqdan ayıran və hidayət üçün aydın dəlil olan Quranı nazil etmisən. Min aydan daha xeyirli etdiyin Qədr gecəsini də bu ayda qərar vermisən. Ey minnət edən, lakin minnət çəkməyən! Cəhənnəm atəşindən azad edib cənnətə daxil etməklə mənə lütf et!)

2. Allahummə ədxil əla əhlil quburis-surur, Allahummə əğni kullə fəqir, Allahummə əşbi kullə cai, Allahumməksu kullə uryan, Allahumməqzi dəynə kulli mədin, Allahummə fərric ən kulli məkrub, Allahummə ruddə kullə ğərib, Allahummə fukkə kullə əsir, Allahummə əslih kullə fasidin min umuril muslimin, Allahumməşfi kullə məriz, Allahummə suddə fəqrəna bi ğinak, Allahummə ğeyyir suə halina bi husni halik, Allahumməqzi ənnəddəynə və əğnina minəl fəqr, İnnəkə əla kulli şəyin qədir.

(İlahi, qəbr əhlini fərəhləndir! İlahi, bütün fəqirləri zəngin et! İlahi, bütün acları doyuzdur! İlahi, bütün paltarsızları geyindir! İlahi, bütün borcluların borcunu qaytar! İlahi, bütün qəmlərə son qoy! İlahi, bütün qəribləri vətənə qaytar! İlahi, bütün əsirləri azad et! İlahi, müsəlmanların hər işində pərişanlığı islah et! İlahi, bütün xəstələrə şəfa ver! İlahi, yoxsulluğumuzu öz zənginliyinlə aradan apar! İlahi, pis halımızı Öz yaxşı halınla əvəz et! İlahi, borclarımızı ödə və fəqirliyimizi ehtiyacsızlığa dəyiş! Həqiqətən, Sən hər şeyə qadirsən!)

hacishahin.az






27 May, 2017  00:01 Baxılıb: 1852 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner