Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün imtahan var

Bu gün respublikanın 29 şəhər və rayonunda monitorinq imtahanı keçirəcək. İmtahanlar Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

Monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində mayın 23-də keçiriləcək.






16 May, 2017  10:04 Baxılıb: 1605 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner