Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Bakı-2017: Atletika və taekvando yarışları başlayır - TƏQVİM

Bakı-2017 IV İslam Həmrəyliyində yarışların 9-cu gününə start verilir. Bu gün atletika yarışları başlayır. Kişilər 100, 400 və 5000 m məsafəyə qaçış, lövhə atma, üç təkanla tullanma və nüvə itələmə üzrə, qadın idmançılar isə 100, 800 m məsafəyə qaçış və 400 m sədlərlə qaçış, eləcə də çəkic atma və üç təkanla tullanma üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

X X X

Oyunların 9-cu günündə 52, 64, 75 və 81 kq çəki dərəcələrində boksçuların mübarizəsi davam edəcək. Bu çəkilərdə Azərbaycanı müvafiq olaraq Məsud Yusifzadə, Elvin İsayev, Kamran Şahsuvarlı və Rauf Rəhimov təmsil edirlər.

12:00 - 14:00

Kişilər - yüngül yarım-orta çəki (64 kq)

Kişilər - yarım-ağır çəki (81 kq)

18:00 - 20:00

Kişilər - ən yüngül çəki (52 kq)

Kişilər - orta çəki (75 kq)

X X X

Bu gün atıcılıq yarışları da davam edəcək. Kişilər 50 m məsafəyə 3 vəziyyətdə tüfənglə, 10 m məsafəyə pnevmatik tapança ilə atəş və dairəvi stend, qadınlar isə 10 m məsafəyə pnevmatik tapança ilə atəşdə ən güclüləri müəyyən edəcəklər.

X X X

Həmçinin üzgüçülük turnirində kişilər 100 və 800 m sərbəst, 200 m batterflay (delfin), 50 m arxa üstə və 50 m brass, qadın idmançılar isə 200 m sərbəst, 100 m batterflay (delfin), 100 m brass, 50 m arxa üstə, 400 m fərdi kompleks və 4X100 m sərbəs estafet üsulu ilə üzmədə yarışacaqlar.

X X X

Bakı-2017-nin 9-cu günündə taekvando yarışlarına start veriləcək. Qadınlar 46, 53, 57, kişilər isə 54 və 58 kq çəki dərəcələrində mübarizəyə qoşulacaqlar. Azərbaycanı qadınların yarışında Yaprak Eriş (57 kq), kişilərin mübarizəsində isə Qaşım Maqomedov (54 kq) və Fizam Mehtiyev (58 kq) təmsil edəcəklər.

X X X

Mayın 16-da tennis oyunları da davam edəcək.

10:00 - 19:00

Kişilər - fərdi 1-ci mərhələ

Kişilər - cütlər 1-ci mərhələ

X X X

Voleybol turnirində kişi idmançılardan ibarət millimiz Fələstinlə qarşılaşacaq.

10:00 - 12:30

Kişilər - komanda qrup oyunu B6 (İran - Mərakeş)

19:00 - 21:30

Kişilər - komanda qrup oyunu A6 (Fələstin - Azərbaycan)

21:30 - 23:59

Qadınlar - komanda qrup oyunu A6 (Qırğızıstan - Tacikistan)

X X X

Su polosunda qrup oyunları davam edir.

16:30 - 17:30

Kişilər - komanda qrup oyunu A2-A4 (İndoneziya - İran)

18:00 - 19:00

Kişilər - komanda qrup oyunu A3-A5 (Türkiyə - Səudiyyə Ərəbistanı)

X X X

Ağır atletikada isə 77, 85 və 94 kq çəki dərəcələrində ən güclü kişi ağırlıqqaldıranlar məlum olacaq.

12:00 - 18:00

Kişilər - 77 kq

Kişilər - 85 kq

Kişilər - 94 kq

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.






16 May, 2017  09:22 Baxılıb: 2137 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner