Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sədaqət Arifqızı: “Öz həyatını düzgün qurmayan əxlaq dərsi verir” - MÜSAHİBƏ

Mahnıları ilə minlərlə insanın qəlbinə yol tapan, gözəl insan, qayğıkeş ana, tanınmış bəstəkar Sədaqət Arifqızı Simsar.az –ın qonağı olub. Onunla maraqlı söhbəti sizə təqdim edirik.

- Sədaqət xanım uzun müddət idi ki, kənara çəkilmisiz, nə mediada görürük sizi nə də yeni mahnılar eşidirik...

- Son 5 ili bilirsiniz ki, ailəmdəki faciə ilə əlaqədar biraz hər şeydən uzaqlaşdım. Ancaq həmin dövrdə də çoxlu mahnılar yazdım. 2 il televiziya mətbuata tam olaraq çıxmadım. Ondan sonra da əyləncəli verilişlərə yox, ara-sıra ciddi verlişlərə çıxmışam.  Bilirsiz hazırda mənim yazdığım mahnılar “modda” deyil. İndi xalqın tələbi nədirsə, müğənnilər də onu oxuyur. Mən də hər oxuyana mahnı vermirəm. Özüm dinlədiyim, ozümün bəyəndiyim müğənnilərə mahnı verirəm.  Xahiş ediblər kiməsə mahnı vermişəm çox peşman olmuşam.

- El məsəli var ki, ölənlə ölünməz. Ailənizdəki faciəni hamımız bilirik. 5 il az müddət deyil, niyə bu qədər özünüzə qapandınız?

- Deyirlər ki, zaman keçdikcə acını unudursan, ancaq məndə elə deyil. Zaman keçdikcə dahada pis oluram, çünki çox darıxıram...

- Düşünürəm ki mahnılarınızın çoxu lirikadır bu həzinlikdə yəqin ki yaşadıqlarınızın rolu az deyil...

- Doğrudur, Mahnılarım hamısı mənim həyatımdır. Bilirsiz mənim həyatımda nə baş verirsə əvvəldən çox yaxşı gəlir amma  yarımçıq qalıb. İstər ailə həyatım olsun, istər digər məsələlər. Mən ziyalı ailədə anadan olmuşam. Çox gözəl ailəmiz olub, atam filologiyagiya elmləri doktoru olub. Şərqşünaslığı bitirmişdi amma musiqini gözəl bilirdi. Uzun zaman Musiqi Akademiyasının professoru, kafedra müdiri olub. Mən ona oxşamışam. Gözəl bir ailəmiz vardı ancaq, dərk edən vaxtlarımda 10-12 yaşımda olanda o gözəl ailə dağıldı. Atam ilə anam ayrılandan sonra isə biz anamla qalmışıq. Uşaq yaşlarımdan ancaq anamın göz yaşlarını, kədərini, xəstəliyini görmüşəm. Mənim özümün də gözəl ailəm var idi amma o da xəyanətin qurbanı oldu. Mənə pisliyi 2-3 yaxın adamım edib. Şər – böhtanla üzləşmişəm. Amma Allah böyükdür, haqq həmişə öz yerini tapıb...

- Sizinlə işləyən sənətçilərdan ağır vaxtlarınızda sizin yanınızda olanlar oldumu?

- Oldu. Onların içərisində mənə ən yaxın Zöhrə Abdullayeva oldu. Həm qonşuyuq, həm bir-birimizin xətrini çox istəyirik. Flora xanım Kərimova, Nadir Qafarzadə həmişə mənim yanımda oldular. Mən öz sənətçilərimizdən çox razıyam. Mənim hətta sinif yoldaşlarım, rəfiqələrim də tək buraxmadılar. Genetik doğmalarımdan başqa.

- Bu günki musiqilərimizi dinləyirsinizmi, ümumiyyətlə efirlərə baxırsız?

- Əlbəttə efirlərə baxıram da yeni çıxan müğənnilərimizi də izləyirəm.Gənclər arasında Ülvi Qılıncın səsini çox bəyənirəm. Bu yaxınlardada “Azərbaycanın səsi” yarışmasının iştirakçısı olan Yeganə Orucovaya  2 mahnı verdim. Amma təəssülər olsun ki, bu qız istedadı olmağına baxmayaraq heç bir yerdə bunu göstərə bilmir. Bütün kanallar deyir ki, oxumağa bizim kanalda başlamayıb. Ayan Qurbanova da həmçinin.  Konservatoriyanın tələbəsidir, çox gözəl səsi var. Ayanla Rüstəm Cəfərovun dueti var, heç bir radio və kanal səsləndirmir ki, tanınmış deyilsiz. Axı bu uşaqlar hardansa ba.lanğıc götürməlidirlər ki, tanınsınlar.  O ki qaldı telekanallarımıza və orada yayımlanan verilişlər məni qane etmir. Bəzi verilişlər var ki,  ekspertlər dəvət edirlər baxırsan ki, 20-25 yaxud 35 yaşı var. Axı bu gəncin nə həyat təcrübəsi var ki, ailə-məişət məsələlərində ekspert kimi söz desin. Heç bir həyat təcrübəsi olmayan, öz həyatını düzgün qurmayan əxlaq dərsi yaxud ailə dəyərlərindən məsləhət verir. Bu düzgün deyil...

- Sədaqət xanım, mənə həmişə maraqlı olub, not bilmədən necə mahnı bəstələmək olur? Bəs notu bilmədən mahnı yazmaq necə olur?

- Buna fit çala-çala mahnı “bəstələmə” deyirlər. Bu biabırçılıqdır. Heç olmasa mahnı yazanın musiqi məktəbi səviyyəsində savadı olmalıdır. O qədər savadsızdırlar ki, notların adını bilmirlər.

- Ən son ürəkdən həzz alaraqdan qulaq asdığınız müğənni və mahnı hansıdır?

- İnanırsınız ki, yadıma sala bilmirəm? Indi elə ifa yoxdur çünki. Mənim bir mahnım var “Mənə söz ver” Nadir Qafarzadə oxuyub.  2005-də  həmin mahnı, “İlin mahnısı” oldu. Bu mahnı hələ də aktualdır və tamaşaçı tərəfindən dinlənilir. İndi isə uzun müddət dinləniləcək mahnı yoxdur.

- Sizcə niyə belədir?

-Ona görə ki, eynilik, təkrarçılıq var.  Mən Oktay Kazımovun tələbəsi olmuşam. Oktay müəllim yeni bir mahnı  çalırdı sonra məni çağırırdı ki, Sədaqət gəl bu mahnını çal. Oktay müəllimdən mən çox şey öyrəndim. Elə onun yolu ilə də gedirəm.

- Kimlərin mahnılarını bəyənirsiniz?

- Emin Sadiqovun, Eldar Mənsurovun, Ramiz Mirişlinin, Şəfiqə Axundovanın, Elza İbrahimovanın mahnılarını bəyənirəm. Bilirsiz naxış tutmaq məsəli var. Mən 3 yaşımdan piano çalmışam. Atamgil dəhşətə gəliblər, üstündən biraz keçib akkordla çalmışam. Bu faktdı mənim,  Allahdan gələn istedaddır. İki qızımdan biri 8 il musiqi məktəbinə getdi atdı, o biri isə nə qədər çalışsam da  öyrədə bilmədim.  O vaxt bir verliş var idi bəstəkarlar, müğənnilər yarışırdılar. Mənə dedilər  ki, istərdik verlişimizə gələsiz. Soruşdum ki, hansı bəstəkarla? Deməyim odur ki, naxışlı bəstəkarlar da var, 2-3 mahnı ilə məşhurdular və yaradıcılıq bunula da bitir. Bu yaxında Elçin İskəndərzadə  var Moskvada yaşayan şairdir. Onun yaradıcılıq gecəsini təşkil edirdilər. Mənə də dedilər ki, 2 dənə şeir verək ona mahnı yaz. Razılaşdım və yazdım.  Mahnıları Bəstəkarlar İttifaqı seçirdi. Orada bəyənib seçiblər.  Eldar Mansurov da deyib  ki, Sədaqət xanımın möhtəşəm mahnıları var. O mahnını konsertə saldılar Ayanın ifasında “Qarabağa bizsiz gəlir bu yaz da”.

- Axırıncı dəfə sizdən müsahibə alanda yadımdadır pianinoda romanslar müşaiət edirdiniz. O romansların axırı nə oldu?

- O romansların axırı o oldu ki, müğənnilər deyir toyda məndən romans yox mahnı istəyirlər (gülür).  Heç kəs istəmədi o romansları. Mən də belə bir qərara gəldim ki, bunu tələbələrə ancaq dərs kimi keçim. Çünki Azərbaycan romansı azdır. Indi ciddi musiqi yazan da yoxdur.

- Sədaqət xanım siz musiqini deyirsiz axı musiqi mətnləri də bərbad gündədir. Zəngin dilimiz olmasına baxmayaraq cılız mahnı mətnlərimiz var.

- Mənim ilk mahnımın sözlərini Zemfira Əlişqızının olub, “Səndən ötəri” çox gözəl sözləri var. Daha sonra Baba Vəziroğlu, İkram Əliyev,  Nüsrət Kəsəmənli, Anar Məmmədov şeirlərindən yazmışam. Nüsrət Kəsəmənliyə mən demişidim ki, istərdimki sizin şeirlərinizə mahnı yazım. O da evinden gedib kitabını götürüb gətirmişdi ki, ürəyin hansını istəyir seç.  Və demişdi ki, çox istəyərdim  “Bir də bu dünyaya gətirmə məni” şeirimə mahnı bəstələyəsən. Baba Vəziroğlunun bir neçə şeirlərindən yazmışam. Elə mahnı varkı 10 dəqiqəyə hazır olur ona görə ki, şeir gözəldir. Bir gecə saat 12-də Baba müəllim mənə zəng etmişdi ki, gəşəng bir şeir yazmışam “Nə yaxşı sən varsan sevirəm səni”. Mən o şeiri oxuyan kimi dedim ki, Baba müəllim 10 dəqiqəyə mən ona mahnı yazacam. O inanmadı ama mən onu 1in yarısına kimi hazır etdim. Bitirəndə isə onu yığıb narahat etmək istəmədim. Səhər saat 10 da yığdım ki, mahnı gecədən hazırdı. Öz səsimlə oxudum çox bəyəndi. Sonra o mahnını  Ziyafət Yaqubovaya verdim.

- Övladlarınız necədir?

- Övladlarımdan çox razıyam. Hər üçü ali təhsilli, ailəli və ağıllı övladlardır. Deməli düz tərbiyə vermişəm. Oğlum öz ailəsi ilə Amerikada, bir qızım isə ailəsi ilə birgə İngiltərədədir. Kiçik qızım isə burda Azərbaycandadır.  Nəvələrimdən isə sənətə meyili olan yoxdur.

İradə Nurəddinqızı






15 May, 2017  12:57 Baxılıb: 6267 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner