Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

DİQQƏT!!! Sabah bu marşrutların istiqaməti dəyişdiriləcək

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə əlaqədar mayın 12-də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərməyəcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla əlaqədar, həmin gün səhər saat 06:00-dan Bakıətrafı kənd və qəsəbələrdən Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər - metronun “Qara Qarayev”, “Neftçilər” və “Həzi Aslanov” stansiyalarına doğru dəyişdiriləcək.

Belə ki, 54, 62, 107, 131, 172, 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə “Neftçilər” metrostansiyasına; 139, 148, 163, 166, 184, 198, 204, 216, 214, 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə “Qara Qarayev” metrostansiyasına; 101, 136, 150, 160, 171, 187 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Hava Limanı-Zığ beton yolundan keçməklə “Həzi Aslanov” metrostansiyasına yönləndiriləcək.

Dəyişikliyə əsasən, mayın 12-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaqlar.

2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.

4 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar İ.Hidayətzadə küçəsindən “28 May” metrostansiyasına qədər hərəkət edəcək.

5 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar saat 16:00-dan etibarən “N.Nərimanov” – “28 May” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən “Əhmədli” metrostansiyasından son dayanacağı “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

32 nömrəli marşrut xətti E.Süleymanov küçəsindən “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

46 nömrəli marşrut xətti başlanğıc dayanacağı İ.İsmayılov küçəsi (Günəşli) olmaqla son dayanacağı “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.

88 nömrəli marşrut xətti başlanğıc dayanacağı 7-ci MKR olmaqla Hökümət evi – Z.Əliyeva – R.Behbudov küçələri istiqamətində fəaliyyət göstərəcək.

125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən Azneft dairəsinə qədər fəaliyyət göstərəcək.

H1 nömrəli marşrut xətti 28 May küçəsi – R.Behbudov – S.Rəhimov – Xətai pr. – Babək pr. – N.Rəfiyev – A.Cəlilov – Nobel pr. – Zığ beton yolu – Heydər Əliyev Hava Limanı, əks istiqamətdə isə Heydər Əliyev Hava Limanı – Zığ beton yolu – Nobel pr. – A.Cəlilov – K.Səfərəliyeva – 28 May küç. – “28 May” metrostansiyasına qədər fəaliyyət göstərəcək.




11 May, 2017  15:43 Baxılıb: 737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

9 Avqust, 2017  09:47

9 Avqust, 2017  09:39


8 Avqust, 2017  08:42



1 Avqust, 2017  09:41

1 Avqust, 2017  09:40



31 İyul, 2017  10:15



28 İyul, 2017  11:04







27 İyul, 2017  11:32




27 İyul, 2017  10:13

27 İyul, 2017  09:58


27 İyul, 2017  09:54

27 İyul, 2017  09:10


26 İyul, 2017  10:04







25 İyul, 2017  12:40

25 İyul, 2017  09:57


25 İyul, 2017  09:50

25 İyul, 2017  09:47



24 İyul, 2017  09:45

23 İyul, 2017  13:17

23 İyul, 2017  12:37