Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İradə Nurəddinqızı: “Samir Kərimoğlunun işlərini həmişə bəyənmişəm”-FOTO

“Onun ürəyi” filmi alqışlandı

Teatr Xadimləri İttifaqının tamaşa zalında Azərbaycanda ilk dəfə nağıl-müzikl janrında istehsal olunan “Onun ürəyi” filminin təqdimatı keçirilib. Təqdimatı rəqs nömrələri ilə açan körpə balaların ifalarından sonra Aytən və Aytac İsayeva bacıları, Aysel İbrahimova, Zülfiyyə Xanbabayeva musiqi parçaları ilə çıxış ediblər. 

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadə filmin yaradıcı heyətini iştirakçılara təqdim edib.

Nağıl-müziklin ssenari müəllifi və rejissoru Samir Kərimoğlu 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə balaca balaları təbrik edib.

Filmin bəstəkarı Vüqar Camalzadə çıxışında filmdə əməyi keçən hər kəsə təşəkkür edib. Çıxışlardan sonra film nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunan filmdə baş rolları Murad Abdullayev, Aysel İbrahimova ifa edirlər. 25 dəqiqəlik olan film Bakı və İsmayıllıda çəkilib.

Tədbirdə Simsar.az saytının baş redaktoru İradə Nurəddinqızı da filmin təqdimatında iştirak edib.
“Onun ürəyi” filminin rejissoru Samir Kərimoğlu İ.Nurəddinqızından film haqqında təəssüratını bölüşməyini istəyib.

“Ideya çox maraqlı idi. Kompüter qrafikası xoşuma gəldi. Uğurlu bir layihə idi. Ümumiyyətl, Samir Kərimoğlunun işlərini həmişə bəyənmişəm” deyə, İ.Nurəddinqızı bildirib.

RAMİL






2 İyun, 2011  17:34 Baxılıb: 3396 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner