Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Koreya Respublikasının yeni seçilən prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının yeni seçilən Prezidenti Mun Ce-ini təbrik edib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Koreya Respublikasının Prezidenti vəzifəsini tutmaq üçün keçirilən seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Koreya Respublikası ilə ikitərəfli və çoxtərəfli əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verirəm. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlər ötən illər ərzində çoxşaxəli və dinamik xarakter almışdır. Dost ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığımızın müxtəlif sahələrdə, xüsusilə də siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə uğurlu inkişafı diplomatik münasibətlərimizin 25 illik dövrünü səciyyələndirir.

İnanıram ki, birgə səylərimizlə ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra daha da möhkəmləndirəcək və genişləndirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya xalqına daim sülh və rifah arzulayıram".






10 May, 2017  14:27 Baxılıb: 1331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner