Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Biləsuvarın Əliabad kəndinin yolu yenidən qurulub

“Azəravtoyol” ASC tərəfindən ölkə boyu aparılan kompleks tədbirlər çərçivəsində Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolu əsaslı şəkildə təmir olunub. Bu barədə Simsar.az -a qurumdan məlumat verilib.

Yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür. Əsaslı təmir-tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Təmir-tikinti işləri çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib, yol əsasının tikintisi işləri aparılıb. 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1 m enində çiyinlər qurulub.

Torpaq işlərindən sonra yolun asfaltlanması istiqamətində addımlar atılıb. Ümumilikdə isə yolun 12 min m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib, yol boyu mövcud suötürücü borular təmir edilib. Zəruri olan yerlərdə 14 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbarhimov Biləsuvar rayonu Əliabad kəndində anadan olub.




10 May, 2017  10:52 Baxılıb: 194 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 May, 2017  10:25

26 May, 2017  10:23




23 May, 2017  13:39




23 May, 2017  09:22





22 May, 2017  09:28

22 May, 2017  09:24



20 May, 2017  11:37













18 May, 2017  00:11

16 May, 2017  10:04

16 May, 2017  10:02






15 May, 2017  09:49




12 May, 2017  14:49


12 May, 2017  12:37