Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«Boeing» alırıq

Bu gün «Azərbaycan Hava Yolları» QSC (AZAL) aviaparkına yeni «Boeing 767-300ER» sərnişin təyyarəsini əlavə edəcək.

Bu barədə «APA-ECONOMICS»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, ötən ilin dekabrın 24-dən bu ilin fevral ayınadək AZAL ölkəyə hər biri 174 yerlik olan 2 ədəd «Airbus-319» və 4 ədəd «Airbus-320» təyyarəsi gətirib: «Bu gün isə – Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günündə 198 yerlik «Boeing 767-300ER» avialayneri gətiriləcək. Təyyarə AZAL-ın aviaparkına günün ikinci yarısında daxil olacaq. Hazırda yoldadır. Daha bir analoji «Boeing» təyyarəsi 2012-ci ilin birinci yarısında gətiriləcək. Yeni «Boeing»lər Praqa, London, Tel-Əviv, Aberdin, Paris və digər şəhərlərə aviareyslərdə istismar olunacaq».

M.Səfərli onu da bildirib ki, 2014-cü ildən etibarən AZAL 2 ədəd «Boeing-787 Dreamliner» təyyarəsi almaq niyyətindədir. Bu təyyarələr vasitəsilə Amerika və digər qitə və uzaq şəhərlərə yeni birbaşa aviareyslər yerinə yetiriləcək.

Xatırladaq ki, AZAL ilə ABŞ-ın «Boeing» şirkəti arasında müqavilə imzalanıb və sənədə əsasən, AZAL aldığı iki ədəd «Boeing 737 Next-Generation» təyyarəsini bir ədəd «Boeing 767-300ER» və iki ədəd «Boeing-767» (yük təyyarəsi) avialaynerlərinə dəyişəcək. Ümumiyyətlə, AZAL «Boeing» şirkətindən 8 təyyarə alacaq (müqavilə əsasında dəyişdirilən təyyarələr də daxil olmaqla). Bunlardan ikisi «Boeing-767-300ER», ikisi «Boeing-767» yük təyyarəsi, ikisi «Boeing-737» və ikisi «Boeing-787-8» avialaynerləridir.






2 İyun, 2011  16:41 Baxılıb: 2662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner