Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SİYASƏT

4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır

Bu gün 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayır. Trend-in məlumatına görə, “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 4-6 may tarixlərində Bakıda keçiriləcək.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək.

Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edəcəklər.

Qeyd edək ki, Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.




4 May, 2017  08:19 Baxılıb: 349 Çap

Bu bölmədə

18 May, 2017
Laçınsız 25 il

XƏBƏR LENTİ
26 May, 2017  10:25

26 May, 2017  10:23




23 May, 2017  13:39




23 May, 2017  09:22





22 May, 2017  09:28

22 May, 2017  09:24



20 May, 2017  11:37













18 May, 2017  00:11

16 May, 2017  10:04

16 May, 2017  10:02






15 May, 2017  09:49




12 May, 2017  14:49


12 May, 2017  12:37