Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan şahmatçıları dünya çempionatında 4 medal qazanıb

Rumıniyanın İaşi şəhərində məktəblilər arasında şahmat üzrə dünya çempionatı başa çatıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, mötəbər yarışda Azərbaycanın zəka sahibləri 3 gümüş və 1 bürünc medal qazanıblar.

Komandamızın aktivinə gümüş medalları Ziya Məmmədov (U7), Fərid Orucov (U9) və Süsən Məmmədova (U17), bürüncü isə Leyla Budaqova (U9) yazdırıb. Yarışda iştirak edən digər şahmatçılarımız Murad Mehdizadə (U7) və Murad İbrahimli (U15) turnir cədvəlində yalnız əlavə göstəricilərdə rəqiblərindən geri qalaraq bürünc medalın bir addımlığında büdrəyiblər.

İaşi şəhər Mədəniyyət Sarayında klassik şahmat üzrə 7-dən 17 yaşadək məktəblilər arasında keçirilən dünya çempionatında 46 ölkədən 500 zəka sahibi iştirak edib. Azərbaycan yarışlarda 14 şahmatçı ilə təmsil olunub.






1 May, 2017  08:52 Baxılıb: 1762 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner