Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Eurovision-2012"-ə hazırlıq aeroportdan başladı

Heydər Əliyev Beynəlxalq Aeroportunda yenidənqurma işləri aparılır

"Eurovision-2012" mahnı müsabiqəsinin təşkili çərçivəsində "Azərbaycan Hava Yolları" QSC Heydər Əliyev Beynəlxalq Aeroportunun tamamilə yenidən qurulmasını həyata keçirir. Bu barədə cümə axşamı QSC rəhbərinin müavini Sabir İlyasov məlumat verib.

Yenidənqurma işləri yeni aerovağzal komleksinin tikintisi ilə paralel aparılacaq. Əvvəllər yenidənqurmanın yeni kompleksin tikintisindən sonra aparılması planlaşdırılmışdı, lakin indi müsabiqənin təşkili ilə əlaqədar olaraq planlar dəyişib.

Yenidənqurma işləri həm aeroportun binasını, həm də yük və baqaj şöbələrini, habelə xarici qonaqların yüksək səviyyədə qəbulunu təmin etmək üçün bitişik əraziləri əhatə edəcək.

2013-cü ildə yeni aerovağzal kompleksinin tikintisi başa çatdıqdan sonra mövcud kompleksdə daxili reyslərin qəbulu həyata keçiriləcək.

Yeni aeroport üç milyon sərnişinə xidmət edəcək. Aerovağzal kompleksinin sahəsi 58 min kvadrat metr təşkil edəcək. Yeni aerovağzalın dördmərtəbəli binası üçbucaq formasında tikiləcək.

Yeni terminalın binasında 18 ekskalator və 20 sərnişin lifti quraşdırlacaq. Burada beynəlxaq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq olunacaq. Yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək beynəlxalq standartlar səviyyəsində təşkil olunacaq. Ən mükəmməl avadanlıqların tətbiqi uçuşların təhlükəsizliyinin təşkil olunması üçün hər cür imkan yaradacaq. Yeni kompleks eyni vaxtda səkkiz təyyarə qəbul edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş-eniş zolağının uzunluğu 4 min metr, eni isə 75 metrdir.






2 İyun, 2011  16:06 Baxılıb: 1388 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner