Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik xəbərdarlıq etdi

İsti havalar meşəərə təhlükə yarada bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, nazirlik tərəfindən meşələrdə, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

Meşə yanğınlarının qarşısının alınması məqsədilə ETSN Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturları ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq ETSN-nin Fövqəladə Hallar Mərkəzi və bütün meşə müəssisələrinin meşə mühafizə mühəndisləri, meşəbəyləri, yanğın keşikçilərinin iştirakı ilə təlim-məşqlər keçirib. Yanğın təhlükəsi gözlənilən ərazilərdə 625 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqların çəkilməsinə və köhnə zolaqların təmir edilməsi işlərinə başlanılıb.

ETSN-nin mərkəzi və yerli qurumları tərəfindən baş verə biləcək təhlükənin qarşısını almaq üçün Meşə Mühafizəsi və Bərpası Müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılmaqla yanaşı, bir çox meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülüb. Qabaqlayıcı tədbirlərin vaxtaşırı həyata keçirilməsinin nəticəsidir ki, meşə yanğını hadisələrinin sayı əvvəlki illərə nisbətən ilbəil azalaraq minimuma endirilib. Əfsuslar olsun ki, bəzi fermer təsərrüfatları və fiziki şəxslər tərəfindən taxıl biçinindən sonra kövşənliklərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarında mövcud olan yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir. Bunun nəticəsində də torpağın humus qatının keyfiyyət göstəricilərinin çox ciddi şəkildə pozulması ilə yanaşı, həm də bir sıra hallarda dövlət meşə fonduna daxil olmayan, lakin ətraf mühitin sabitliyinin təmin olunmasında əvəzsiz əhəmiyyət kəsb edən yaşıllıqlar korlanır.
ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.






2 İyun, 2011  16:02 Baxılıb: 1048 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner