Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Litva parlamentində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib

Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib. Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi XX əsrdə baş vermiş ən faciəli münaqişələrdən biridir.

Sənəddə Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının öz doğma yurdundan didərgin salındığı bildirilib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilməsinə basmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanıb.

Seyminin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin öldürülməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı veriblər.

Müraciətdə Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləndiyi qeyd edilib. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin icra edilməsinə çağırıblar.






27 Aprel, 2017  10:48 Baxılıb: 1320 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner