Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Allahşükür Paşazadə Finlandiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür. QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, səfərdə məqsəd 27 aprel tarixində Helsinki şəhərində keçiriləcək «Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda Konfransda iştirak etməkdir.

Azərbaycanın Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.

Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə Finlandiyanın Baş Nazirinin Beynəlxalq məsələlər üzrə müşaviri xanım Anna-Kaisa Heikkinen, Finlandiya Xarici İşlər Nazirinin müavini Samuli Virtanen, Finlandiya Parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiyanın Təhsil və Mədəniyyət Nazirinin müavini xanım Zabrina Holmström ilə görüşəcək.

Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulur.






25 Aprel, 2017  12:19 Baxılıb: 1231 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner