Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah güclü külək gözlənilir

İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Simsar.az -a verilən məlumata görə, aprelin 23-də paytaxtda axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 7-9° isti, gündüz 15-19° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% təşkil edəcək.

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi metohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.






22 Aprel, 2017  13:38 Baxılıb: 1130 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner