Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Binəqədi-Novxanı-Corat yolunda yenidənqurma işləri bitir

Bu il ərzində reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Binəqədi-Novxanı-Corat avtomobil yoludur. 14 km uzunluğunda olan avtomobil yolunun 6 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

“Azəravtoyol” ASC-dən Simsar.az -a verilən məlumata görə, hazırda sözügedən hissəyə asfalt-beton örtüyünün sonuncu qatının döşənməsi işləri aparılır ki, bu işlər də artıq bitmək üzrədir.

Ümumilikdə, yolun 170 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Qeyd olunan ərazinin Binəqədi qəsəbəsi ərazisindən keçən 1.1 km-lik hissəsində 1.5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 km-lik hissəsində hazırda aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri aparılır. Bu işlər bitdikdən sonra həmin hissənin də təmiri işləri aparılacaq.

Avtomobil yolunun mövcud eni isə 7-9 metr arası dəyişirdi. Yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Təmir-tikinti işləri çərçivəsində yol boyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, genişləndirilmiş ərazilərə də daxil olmaqla karbonat materialı tökülərək yenidən kipləşdirilib.

Yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 m-dən 12.5 m-ə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub.

Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.




21 Aprel, 2017  11:07 Baxılıb: 498 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

9 Avqust, 2017  09:47

9 Avqust, 2017  09:39


8 Avqust, 2017  08:42



1 Avqust, 2017  09:41

1 Avqust, 2017  09:40



31 İyul, 2017  10:15



28 İyul, 2017  11:04







27 İyul, 2017  11:32




27 İyul, 2017  10:13

27 İyul, 2017  09:58


27 İyul, 2017  09:54

27 İyul, 2017  09:10


26 İyul, 2017  10:04







25 İyul, 2017  12:40

25 İyul, 2017  09:57


25 İyul, 2017  09:50

25 İyul, 2017  09:47



24 İyul, 2017  09:45

23 İyul, 2017  13:17

23 İyul, 2017  12:37