Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Dünya

Parisin mərkəzində atışma baş verib, iki polis ölüb - YENİLƏNİB

Parisin mərkəzində baş vermiş silahlı insident nəticəsində iki polis həlak olub, daha biri isə yaralanıb.  APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, atışma zamanı yaralanan iki polisdən biri xəstəxanada keçinib.
Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb.
**** 00.35
Parisin mərkəzində daha bir atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, digərinin yaralandığı barədə məlumat verilmişdi.
Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar "Kalaşnikov" tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.
Cinayətkarın axtarışı davam etdirilir. İnsidentin terror aktı olduğu istisna edilmir.
**** 00.03
Fransa paytaxtında silahlı insident olub. APA -nın "Reuters"ə istinadən verdiyi məlumata görə, silahlı şəxs polisləri atəşə tutub.
Atışma zamanı bir polis ölüb, digəri yaralanıb. Cavab atəşi ilə silahlı zərərsizləşdirilib.
Hadisə Parisin mərkəzində, “Yelisey çölləri” adlanan küçədə qeydə alınıb. Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.
Hazırda ərazidə araşdırmalara başlanılıb. Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür.




Aliexpress INT
21 Aprel, 2017  01:51 Baxılıb: 594 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
17 Aprel, 2018  10:49






13 Aprel, 2018  09:44

11 Aprel, 2018  21:41




10 Aprel, 2018  18:19


9 Aprel, 2018  11:21




6 Aprel, 2018  09:50








31 Mart, 2018  10:54









28 Mart, 2018  10:07

27 Mart, 2018  16:05










19 Mart, 2018  10:43


19 Mart, 2018  09:41

19 Mart, 2018  09:40