Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Çempionlar Liqasında ilk yarımfinalçılar bu gün məlum olacaq

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri start götürəcək. Simsar.az -ən  məlumatına görə, ilk oyun günündə biri İspaniyada, digəri İngiltərədə olmaqla, iki matç baş tutacaq.

Madriddə turnirin son qalibi olan “kral klubu” “Bavariya”nı qəbul edəcək. Rəqibini Almaniyada keçirilən ilk dueldə 2:1 hesabı ilə məğlub edən ispanlar yarımfinala daha yaxındırlar. Lakin yaxşı formada olan qonaqlar “Real Madrid”i mübarizədən kənarlaşdıra biləcək potensiala malikdirlər.

“Bavariya”nın heyətində Mats Hummels zədəli, Xavi Martinez cəzalıdır. Zədələrini sağaldan Manuel Noyer və Robert Levandovskinin oynamaq ehtimalı böyükdür. “Real Madird”də isə Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən meydana çıxa bilməyəcək.

Ötən mövsümün finalçısı olan digər İspaniya təmsilçisi “Atletiko” da yarımfinala yüksəlməyə daha şanslıdır. “Lester”i Madridə baş tutan ilk qarşılaşmada bir cavabsız qolla üstələyən paytaxt klubu İngiltərədə daha çox qapısını toxunulmaz saxlamaq barədə düşünəcək.

İngiltərə Premyer Liqasının son qalibinin heyətində Ues Morqan, Molla Vaqe, və Nampali Mendi zədəli, Robert Hut cəzalıdır. “Atletiko”da isə Auqusto Fernandes ilə Şime Vrsalko zədədən əziyyət çəkir.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

18 aprel

22:45 “Real Madrid” (İspaniya) - “Bavariya” (Almaniya)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun – 2:1

22:45 “Lester” (İngiltərə) – “Atletiko” (İspaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 0:1






18 Aprel, 2017  08:16 Baxılıb: 1593 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner