Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

12 rayonun bələdiyyə xəritələri hazırlanır

2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyətləri özəlləşdirilib, 63 qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib. Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Komitənin bu ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə bildirilib.

Müşavirədə həmçinin qeyd olunub ki, elektron kadastr uçotu işləri yekunlaşıb, 12 rayon üzrə məlumatların emal edilməsi, təhlili və bu rayonların ərazilərinin bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir.

Bildirilib ki, 14 rayonun 810 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinə başlanılıb. Bu işlər ilin sonunadək tam yerinə yetiriləcək. 2017-ci ildə 14 rayonun bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş 649 min hektara yaxın ərazilərində irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulur. Respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt formalaşdırılıb, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.

Respublikada aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Komitə tərəfindən də bir sıra işlər həyata keçirilir. 18 torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülüb.

 

“Aqropark”ların yaradılması məqsədi ilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan 21 rayon üzrə 118.2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib.







17 Aprel, 2017  11:16 Baxılıb: 1267 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner