Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türkiyədə referendum başlayıb

Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum başlayıb. Ölkənin şərq əyalətlərində seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da açılıb.

Türkiyənin digər regionlarında seçki məntəqələri bir saat gec, Bakı vaxtı ilə 09:00-da açılacaq və 18:00-a qədər işləyəcək.

Ölkə tarixində sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur.

Referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.

Vətəndaşlar öz seçki məntəqələrinin harada yerləşdiyini Ali Seçki Komissiyasının “www.ysk.gov.tr” veb-saytından öyrənə bilərlər.

Bu referenduma daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir.






16 Aprel, 2017  10:10 Baxılıb: 2214 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner