Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. "Report" xəbər verir ki, Şərifzadə küçəsində yerləşən binaların birində yaşayan 1978-ci il təvəllüdlü Tahirov Zaur Rafiq oğlu mətbəx bıçağı ilə qarın nahiyəsinə bir neçə zərbə vurub.
Xeyli qan itirən Z.Tahirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.