Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yardımlıda kişi qaçırdığı qızı boğub öldürdü

Yardımlı rayonunda baş verən qətlin təfərrüatı məlum olub. Simsar.az Report"-a istinadən xəbər verir ki, hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib.

23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb.

Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb.

N.Təhməzov tutulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***12:25

Yardımlı rayonunda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, aprelin 13-də Yardımlı rayonunun Telavar kəndin ərazisində kənd sakini Natəvan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.






14 Aprel, 2017  17:14 Baxılıb: 2089 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner