Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacı Cavad məscidi milli məclisdə müzakirə edilib

“Bu il Azərbaycanda İslam Həmrəyliyi ilidir. 57 ölkədən islam ölkələrinin baçşçıları və nümayəndələri gələcək. Azərbaycanda islamın ən gözəl modeli tətbiq olunur. 2500-dən artıq məscid fəaliyyət göstərir”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, hansısa məscidin funksiyası ondan ibarət deyil ki, kimsə orada yığışıb hansısa qərarlar qəbul etsinlər: “Bu ərəflərdə ara qatmaq istəyən qüvvələr var. Bu məsələlərə ayıq-sayıq yanaşmaq lazımdır. Bu barədə cəmiyyətə düzgün məlumat verilməlidir. Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. İbadət etmək istəyirsənsə, oraya gedə bilərsən”.

Deputat Fazil Mustafa çıxışı zamanı deyib ki, məscidin sökülməsi ilə bağlı etiraz edənlər süni ajiotaj yaradırlar.

F.Mustafa Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev ilə jurnalist arasında baş verən insidentə də münasibət bildirərək deyib ki, burada günah jurnalistdədir: “Yasamal icra başçısına hörmətsizlik edilib. O, mədəni insandır və kobud hərəkət etməz”.

Deputat Qüdrət Həsənquliyev də eyni mövqedən çıxış edib.






14 Aprel, 2017  14:08 Baxılıb: 1526 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner