Yardımlı rayonunda qadın qətlə yetirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 13-də Yardımlı rayonunun Telavar kəndin ərazisində kənd sakini Natəvan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.