Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BANM-in tələbələri Səngəçal terminalında olublar

Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbələri Səngəçal terminalına səfər ediblər. BANM-dən Simsar.az -a verilən xəbərə görə, Səngəçal terminalına tələbələrin səfəri BANM-in BP-Azərbaycanla əməkdaşlığı nəticəsində baş tutub. Səfər zamanı tələbələr terminalın strukturu, tutumu və oradakı müasir avadanlıqlar, qabaqcıl texnologiyalarla tanış ola biliblər. Tələbələr mövcud iş şəraiti, texniki təhlükəsizlik, ətraf mühitin və sağlamlığın qorunması tədbirləri haqqında da məlumat alıblar.

Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində xüsusi əhəmiyyətə malik obyektlərdən biridir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Səngəçal terminalı təxminən 550 hektar bir ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminalın operatoru BP şirkətidir. Səfərin sonunda BANM-in tələbələrinə müxtəlif məlumatlandırıcı materiallar təqdim olunub və onları marağlandıran suallar cavablandırılıb.

BANM-in BP şirkəti ilə əməkdaşlığı çərçivəsində Ali Məktəbin tələbələri “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsində oldular və layihə üzrə işlərlə tanış olublar.

Xatırladaq ki, “ATA yard”-ın operatoru BP şirkətidir.






14 Aprel, 2017  11:04 Baxılıb: 1259 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner