Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

1-ci mikrorayonda köhnə binalar söküləcək

Bakının 1-ci mikrorayon ərazisində köhnə beşmərtəbəli binaların sökülməsi və onların yerinə yenilərinin tikilməsi uzunmüddətli prosesdir. Bunu azvision.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) rəis müavini Elxan Əsədov deyib. Onun sözlərinə görə, layihə ilə bağlı hazırlıq işləri 3-4 ay çəkəcək.

"1-ci mikrorayonda köhnə binaların sökülməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı yeni çıxıb. Həmin ərazidə görüləcək işlərlə bağlı Tədbirlər Planı Nazirlər Kabinetinə təqdim olunub və plan təsdiq olunub bizə geri qayıtmayıb. Tədbirlər Planı təsdiq olunduqdan sonra onun əsasında iş aparılacaq".

E.Əsədov qeyd edib ki, layihə təsdiq olunmadığı üçün adıçəkilən ərazidəki köhnə binaların sakinləri ilə görüş keçirilməyib. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektardır, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729-dur. Ərazidə söküntü və tikinti işlərinə bu il başlanılacaq və prosesin 3 ilə bitməsi nəzərdə tutulur.






13 Aprel, 2017  13:29 Baxılıb: 1607 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner