Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

11 ölkənin güləşçiləri Bakıya gəlir

Aprelin 13-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürəcək.

Federasiyanın rəsmi saytının verdiyi məlumata görə, dörd gün davam edəcək turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları da mübarizə aparacaq.

Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr, aprelin 14-də yunan-Roma güləşi üzrə gənclər, aprelin 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Rəsmi açılış mərasimi aprelin 13-də saat 17.00-da baş tutacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.






10 Aprel, 2017  13:23 Baxılıb: 1740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner