Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rüşvət alarkən yaxalandı

Onların işi prokurorluğa göndərilib

İyunun 1-də Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə törədilən cinayətlərin qarşısının alınması və açılması sahəsində görülən işlərin və Azərbaycan Respublikası prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrasının vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. 

DİN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib. 

Daha sonra nazir deyib ki, cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlər çərçivəsində mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması üzrə əməliyyat-xidməti fəaliyyətin təkmilləşməsi, orqan və hissələr arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb etdiyindən müvafiq sahədə fəaliyyət gündəlik nəzarətdə olub.

Gündəlikdəki ikinci məsələ barədə danışarkən daxili işlər naziri diqqətə çatdırıb ki, ölkədə sosial, iqtisadi, siyasi, elm, mədəniyyət və digər sahələrdə əldə olunmuş nailiyyətlərdə, daxili və xarici siyasətin milli maraqlara uyğun uğurla aparılmasında, qanunçuluğun, asayişin, insan hüquq və azadlıqlarının etibarlı təminatında, bütövlükdə dövlət idarəçiliyinin həyata keçirilməsində Azərbaycan Respublikası prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası müstəsna əhəmiyyət kəsb edir.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış edib. O bildirib ki, son 3 ildə mülkiyyət əleyhinə cinayətlərdən olan şəxsi əmlak oğurluqlarının, quldurluq və soyğunçuluqların qarşısının alınması və açılmasına həsr olunmuş kollegiya iclasları, habelə xüsusi əməliyyat müşavirələri keçirilib. Bu istiqamətdə idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, ağır və xüsusilə ağır cinayətlər törətmiş cinayətkar qrup və dəstələrin vaxtında zərərsizləşdirilməsi, əməliyyat mövqelərinin möhkəmləndirilməsi ilə bağlı nazirlik tərəfindən zəruri tədbirlər görülüb, yerlərə praktiki köməkliklər göstərilib. Nəticədə Yevlax, Şəki, Goranboy, Abşeron, Ağdam, Hacıqabul, Salyan, Nizami, Binəqədi, Yasamal, Qaradağ şəhər, rayon polis orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə mülkiyyət əleyhinə 1290 cinayət törətmiş 497 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Həmçinin, Yevlax, Şəki, Oğuz, Qax, Bərdə və digər rayonlarda qeydə alınmış 45 mal-qara oğurluğunun, rabitə və elektrik kabellərinin, neft borularının talanması ilə bağlı 45, liftlərin ehtiyat hissələrinin oğurlanması ilə əlaqədar 32 cinayətin, yanacaqdoldurma məntəqələrinin operatorlarına qarşı edilmiş 38 soyğunçuluğun üstü açılıb.

Müvafiq əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 16 quldurluq, 13 soyğunçuluq, 41 oğurluq, 126 nəqliyyat vasitəsinin qaçırılması cinayətlərini törətmiş şəxslər qısa müddətdə müəyyən edilərək məsuliyyətə cəlb edilib. Bildirilib ki, bütövlükdə son 1 il 3 ayda qrup halında 1365 mülkiyyət əleyhinə cinayət törətmiş 1281 şəxs müəyyən olunmuş, axtarışda olan 763 nəfər tutulub.

Gündəlikdəki ikinci məsələ ilə əlaqədar DİN-in Katibliyinin rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edib. Məruzəçi qeyd edib ki, Milli Strategiyanın icra olunduğu dövrdə nazirliyə 137 mindən çox, o cümlədən vətəndaşların daxili nəzarət orqanlarına birbaşa müraciətləri üçün şəraitin yaradılması tədbirinə uyğun olaraq Daxili Təhqiqatlar İdarəsinə 3182 ərizə daxil olub. Müraciətlərin yalnız 1 faizi əməkdaşların korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi ilə bağlı olub ki, aparılmış araşdırmalarla vətəndaşlardan pul almağa cəhd göstərdiklərinə görə 26 fakt üzrə 71 əməkdaş xidmətdən xaric edilib. 11 nəfər tutduğu vəzifədən azad olunub, 22 nəfər cəzalandırılıb, 8 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Qeyd edilib ki, 2008-2010-cu illər ərzində insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkarlanmış 437 fakta görə 685 əməkdaş barəsində ciddi intizam tənbehi tədbirləri görülüb, o cümlədən 34 nəfər xidmətdən xaric olunub.

R.Usubov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, həmçinin konkret tapşırıq və tövsiyələr verib.






2 İyun, 2011  01:33 Baxılıb: 1117 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner