Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yusif Səfərov küçəsinin açılacağı TARİX bilindi

Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 metrlik hissədə təmir işləri başa çatmaq üzrədir.

Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək yeni asfalt örtüyü döşənir. Ümumilikdə küçənin 25 min kvadratmetr sahəsi asfaltlanacaq.

A.Nəcəfli bildirib ki, asfaltlama işləri artıq yekunlaşmaq üzrədir. Ərazidə yolcizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Yolda təmir işləri həftənin sonuna qədər yekunlaşacaq və yeni yol sürücülərin istifadəsinə veriləcək.(trend)







6 Aprel, 2017  17:10 Baxılıb: 1282 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner