Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rusiya XİN-i Dağlıq Qarabağ məsələsinə münasibət bildirdi

"Ötən ilin aprel hadisələri 1994-cü ildən bəri atəşkəs rejiminin ən ciddi pozulduğu an olub."

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

"Bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində irimiqyaslı hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvada razılıq əldə olunmasından bir il ötür. Bu, 1994-cü ildə atəşkəs imzalanmasından sonra ən ciddi pozuntu halı oldu", - M.Zaxarova bildirib.

O, ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatların münaqişə zonasında vəziyyətin sabitləşdirmək və sülh prosesinin təşviqinə şərait yaratmaq məqsədilə, xüsusilə Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən sammitlər çərçivəsində fəal səylər göstərdiyini xatırladıb.

"Bu istiqamətdə işlər bütün səviyyələrdə davam etdirilir. Tərəflərin dayanıqlı və uzunmüddətli həllə nail olmağa istiqamətlənmiş danışıqlar masasına qayıdacağına ümidvarıq" - XİN-in rəsmi nümayəndəsi vurğulayıb.(report)






5 Aprel, 2017  17:49 Baxılıb: 1732 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner