Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Salyanda aprel şəhidinin xatirəsi yad edilib

Salyan rayonunda aprel döyüşləri zamanı şəhid olmuş baş leytenant Rəşid Mehdiyevin xatirəsi yad edilib.

Bu münasibətlə rayon Tarix-Diyarşünaslıq Müzeyində “Şəhidlər unudulmur” adlı tədbir keçirilib.

Xatirə mərasimində şəhidin yaxınları, döyüşçü yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir şəhidin şəxsi əşyalarının nümayiş etdirilməsi ilə başlayıb, daha sonra Rəşid Mehdiyevin keçdiyi həyat və döyüş yolundan ətraflı danışılıb. Bildirilib ki, kəşfiyyatçı zabit döyüşdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Qeyd olunub ki, Rəşid Mehdiyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

Tədbirdə şəhid zabitin şərəfli ömür yolundan bəhs edən qısa film də nümayiş olunub.

Sonda məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş etdirilib.(report)






5 Aprel, 2017  16:13 Baxılıb: 1532 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner