Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Elza Seyidcahan: "Gedib bir az ədəbiyyat, fəlsəfə oxusunlar"

Bir neçə gündür ki, əməkdar artist Elza Seyidcahanın yeni şeiri sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, “tüpürüm-tüpürüm, sicim-sicim” ifadələr təhqir edilib.

E.Seyidcahan açıqlamasında bildirib ki, onun şeirlərini başa düşmək üçün fəlsəfə bilmək, ədəbiyyat oxumaq lazımdır:

“Sicim” sözünü səhv anlayanlara demək istəyirəm ki, bu ifadənin mənası qalın, ip deməkdir. Özləri necədilərsə, o formada da başa düşürlər. Demək, gün ərzində dillərindən və fikirlərindən o söz düşmür. Fəlsəfəni bilməyən şeir yaza bilməz. Mənim və başqa şairlərin şeirlərində fəlsəfə var. Niyə təəccüblənirlər ki? Dərinliyə varsalar, mənim həqiqətlərə uyğun şeirlər yazdığımı görəcəklər. Mənə söz yığımı etdiyimi deyirlər. Bacarırsınız siz də söz yığımı edin və mənim qədər müzakirə olunun. Ədəbi dildən istifadə edirəm, gedib bir az ədəbiyyat, fəlsəfə oxusunlar. Onda məni başa düşərlər. Əsas odur ki, mən onların anladığı dilin səviyyəsinə düşmürəm”.

E.Seyidcahan şeirlərinin dillər əzbəri olduğunu iddia edib:

“Sevinirəm və özümü xoşbəxt sayıram ki, bu dərəcədə müzakirə olunuram. Sosial şəbəkələrdə hamı bunu paylaşır, fikir yazır. Tənqid edənlər kimi mənə tərif yazanlarda var. Hətta bir-biriylə danışanda mənim şeirimdən sitat gətirirlər. Hər bir şairin böyük arzusudur ki, insanlar onun şeirini oxusunlar. Məndə tək oxumurlar, əzbərləyirlər, dillərində dolaşır. Elə istədiyim də budur".






5 Aprel, 2017  15:28 Baxılıb: 2182 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner