Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir BMT baş katibinin müavini ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BMT-də görüşləri davam edir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ə.Qarayev BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo ilə görüşüb.

Görüşdə BMT-nin “2030 Davamlı İnkişaf Gündəliyi” və onun əhəmiyyəti, xüsusilə bu il mayın 4-6-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Təşkilatların rəhbərlərinin 1-ci yüksək səviyyəli görüşünün mövzuları müzakirə edilib. Nazir vurğulayıb ki, Bakı Prosesi çərçivəsində keçiriləcək forum və yüksək səviyyəli görüşlərin əsas mövzusu mədəniyyətlərarası dialoq vasitəsilə insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə birgə işləməyin mexanizlərini müəyyən etmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Ə.Qarayev bildirib ki, BMT-nin bu prosesdə fəal rolu bu sahədə fəaliyyətə dəstək olacaq. BMT baş katibin müavini Azərbaycanın bu sahədə fəaliyyətini alqışladığını və bu məsələni BMT baş katibinin diqqətinə çatdıracağını deyib.

Daha sonra Ə.Qarayev BMT baş katibinin və BMT İnkişaf Proqramının (BMTİP) administratorunun müavini Cihan Sultanoğlu ilə görüşüb. Görüşdə BMTİP-nin Bakı forumunda və beynəlxalq təşkilatların görüşündə fəal iştirak etməsi, “2030 Davamlı İnkişaf Gündəliyi”nin təqdimatının keçirilməsi məsələləri müzakirə edilib. C.Sultanoğlu ötən ilin sentyabrında Bakıya səfərini xatırladaraq Azərbaycanın inkişafının onda olduqca xoş təəssürat yaratdığını qeyd edib.

Səfər çərçivəsində BMT-nin İnformasiya Departamentinin rəhbərliyi və BMT-nin Qadın Proqramının rəhbərinin müavini ilə də görüşlər keçirilib. İnformasiya departamenti ilə görüşdə Bakı forumunun BMT sistemi daxilində təşviqat məsələləri, BMT-nin Qadın Proqramının rəhbərliyi ilə isə forum çərçivəsində keçiriləcək “Qızların təhsili vasitəsilə extremizmin qarşısının alınması” layihəsi ilə bağlı müzakirələr aparılıb.






5 Aprel, 2017  13:50 Baxılıb: 1627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner